“Barselona”nın kapitanı Xavi Ernandes komanda yoldaşı Neymar barədə maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının final matçından sonra Kataloniya klubu ilə yollarını ayıracaq Xavi braziliyalının ünvanına tərif yağdırıb.
O bildirib ki, Neymar dünyanın ən yaxşısı olmaq üçün hələ bir müddət gözləməlidi: “Neymar möhtəşəm və təvazökar insandı. Bu yaşda Braziliya millisinə liderlik edir. Paltardəyişmə otağında zarafatları ilə komanda yoldaşlarına müsbət enerji verir. Çox istedadlıdı. Nə vaxt Messi karyerasını bitirəcək, onda Neymar dünyanın ən yaxşı futbolçusu olacaq. Buna şübhəniz olmasın. O, komandamız üçün mühüm işlər görür. 21-22 yaşda “Barselona”da bunu etmək asan deyil. Mən Neymarın qızıl erasının gələcəyi günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Neymar bu mövsüm “Barselona”nın heyətində 50 oyunda 38 qola imza atıb.