İspaniya Kral kubokunun 1/16 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, artıq növbəti mərhələyə keçən bir neçə komandanın da adına aydınlıq gəlib.
Belə ki, “Selta” “Las Palmas”ı 3:1, “Almeriya” “Betis”i 2:1 hesabı ilə məğlub edib. Günün ən bol qollu matçları “Mestalya” və “Nou Kamp” stadionlarında baş tutub. “Valensiya” doğma publika önündə “Rayo Valyekano” heç-heçəyə razılaşıb – 4:4. Lakin “yarasalar” ilk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gəldiyi üçün adını növbəti mərhələyə yazdırıb.
“Barselona” isə “Hueska” ilə qarşılaşıb. İlk matçda rəqibinə 4 cavabsız qol vuran Kataloniya təmsilçisi bu dəfə də çətinlik çəkməyib – 8:1.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı