Yerini 2016-cı ilə verəcək 2015-ci il son günlərini yaşayır. Apasport.az saytının məlumatına görə, qarşıdan gələn “Meymun” ili Azərbaycan futbolu üçün uğurlu ola bilər. Çünki tarix bu heyvanın təcəssüm etdiyi illərin futbolumuz üçün müsbət mənada fərqlənib.
1920-ci il futbol tariximizin ilk “Meymun”u olub. Həmin vaxt cəmi 9 yaşı olan futbolumuzda heç bir rəsmi turnir keçirilməyib.
1932-ci ildə hələ klub futbolu formalaşmadığından şəhərlərarası ölkə birinciliyi keçirilib. Bakı yığması 1/4 finalda Leninqrad (indiki Sankt-Peterburq) komandası ilə görüşüb. 2:4 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb. Həmin il nə Azərbaycan, nə də Bakı çempionatı təşkil olunb.
1944-cü il Böyük Vətən Müharibəsi illərinə təsadüf etdiyi üçün futbolda tam susqunluq olub.
1956-cı ildə təmsilçilərimiz SSRİ çempionatının aşağı dəstəsində çıxış edib. B sinfinin II zonasında mübarizə aparan “Neftyanik” yalnız 5-ci pilləni tutub.
1968-ci il “Neftçi”nin indiki adına qovuşması ilə əlamətdar olub. Bunadək “Neftyanik” adı altında çıxış edən paytaxt komandası bu sözün Azərbaycan dilinə tərcüməsinə üstünlük verməyə başlayıb. Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazıla bilər. Çünki SSRİ çempionatları tarixində ilk və son dəfə iki Azərbaycan komandası təmsil olunub. “Neftçi” ilə yanaşı Gəncə “Dinamo”sunun da çıxış etdiyi çempionatın elə ilk turu Azərbaycan derbisi ilə əlamətdar oldu. Aprelin 1-dəki ilk derbidə “ağ-qaralar” 1 qolla qalib gəlib. Avqustun 22-də qərblilər bu məğlubiyyətin əvəzini çıxsa da (3:1), bu qələbə onları elitada saxlamayıb. “Neftçi”nin 9-cu olduğu mövsümü sonuncu – 20-ci yerdə bitirən debütant yenidən aşağı dəstəyə yuvarlanıb. 1-ci liqanın 3-cü yarımqrupunda çıxış edən Sumqayıt “Polad”ı isə yalnız 11-ci olub. SSRİ kubokunda yarımfinala qədər irəliləyən “Neftçi” “Torpedo”ya (Moskva) uduzub – 0:2. Sumqayıtlılar 1/128, Gəncə təmsilçisi 1/16 finalda çıxışını başa vurub. Azərbaycan futbolunun yetirməsi Anatoli Banişevski SSRİ yığmasının heyətində Avropa çempionatının final mərhələsində iştirak edib. Həlledici qarşılaşmalarda qalib gələ bilməyən yığmamız yarışı 4-cü pillədə başa vurub.
1980-ci ili futbolumuz üçün müsbət nəticələndiyini söyləmək olmaz. “Neftçi” güclülər dəstəsində yalnız 13-cü olmağı bacardısa, aşağı liqa komandalarımız ümidləri doğrultmadı. II dəstənin 9-cu zonasında mübarizə aparan təmsilçilərimizdən “Xəzər” (Lənkəran) 7-ci, “Avtomobilçi” (Mingəçevir) 8-ci, “Proqress” (Gəncə) 9-cu, “Qarabağ” (Xankəndi) 11-ci, “Araz” (Naxçıvan) sonuncu – 16-cı pilləni tutub. “Neftçi” SSRİ kubokunda qrup mərhələsini 5 oyunda 5 qələbə ilə tamamlasa da, 1/8 finalda “Paxtakor”la bacarmayıb – 1:2.
1992-ci il Azərbaycan futbolu üçün tarixi əhəmiyyətə malikdi. Məhz həmin vaxt müstəqillik dönəminə qədəm qoyan futbolumuz ilk addımlarını atdı. AFFA təsis olundu. Milli komanda yaradılıb, ilk oyununu keçirdi. İlk ölkə çempionatı baş tutdu ki, “Neftçi” aşkar üstünlüklə 1-ci oldu. Azərbaycan kubokunun ilk qalibi adına isə “İnşaatçı” (Bakı) layiq görüldü. “Meymun” bir sıra yeni klubların yaranması, xeyli sayda futbolçumuzun legioner həyatı yaşaması üçün ölkəni tərk etməsinə də şahidlik etdi.
2004-cü il də həm “Neftçi”, həm Azərbaycan futbolu üçün uğurlu alınıb. Paytaxt təmsilçisi çempionatın qızıl medallarını qazanaraq, 7 illik həsrətə son qoyub. “Ağ-qaralar” kuboka da yiyələnməklə tarixinin 2-ci dublunu rəsmiləşdirib. Ardınca isə Çempionlar Liqasında “Şiroki Briyeq”i (Bosniya və Herseqovina) keçərək (1:0, 1:2), tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb. 2004-cü ilin yayında isə ölkə futboluna yeni nəfəs gəlib. “Xəzər Lənkəran”, “Karvan”, “MKT-Araz” kimi klubların yaranması ilə daxili arenada canlanma qeydə alınıb. Milli isə tarixində ilk dəfə əcnəbi baş məşqçiyə - braziliyalı dünya çempionu Karlos Alberto Torersə tapşırılıb.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək