[b]“Milan”ın yeni sahibi transferlərə 400 milyon avro ayıracaq[/b]
05.07.2016 - 16:29
[b]“Milan”ın yeni sahibi transferlərə 400 milyon avro ayıracaq[/b]

“Milan” klubu çinli biznesmenlərə satılıb. Apasport.az saytının məlumatına görə, bunu “rossonyerlər”in keçmiş sahibi Silvio Berluskoni deyib.

 

Bu yaxınlarda ürəyindən əməliyyat olunan və artıq xəstəxanadan ayrılan Berluskoni yeni sahiblərin sayəsində “Milan”ın əvvəlki əzəmətini qaytaracağına inandığını söyləyib: “İndi özümü çox yaxşı hiss edirəm. Səhhətimdəki problemlər geridə qaldı. “Milan”ı yenidən İtaliyanın və dünyanın nəhəng komandası olması üçün çinlilərə həvalə edirəm. Onların qarşısında tələb qoydum ki, qarşıdakı 2 ildə transferlər üçün 400 milyon avro ayırsınlar. Bu, Çin hökuməti ilə bağlı olan ciddi bir qurumdu”.

 

Qeyd edək ki, “Milan” ötən mövsüm A seriyasını 7-ci pillədə tamamlayıb.

 

0