“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Mladost” ciddi itki ilə üzləşib. Apasport.az saytının Monteneqro mətbuatına istinadən məlumatına görə, “Mladost” cavab qarşılaşmasına bir itki ilə çıxacaq.
Komandanın yarımmüdafiəçisi Duşan Laqator zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək. “Bakı”dakı qarşılaşmada monteneqroluların ilk qoluna imza atan Laqator həmin görüşün 60-cı dəqiqəsində zədələnərək əvəzlənmişdi. Son tibbi müayinədən sonra həkimlər onun zədəsinin ciddi olduğunu və cavab görüşünü buraxmalı olacağını açıqlayıblar.
Qeyd edək ki, bu gün keçiriləcək "Mladost" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda oynanılan ilk matçda 2:2 hesabı qeydə alınmışdı.