[b]“Monako” evində xal itirdi[/b]
17.10.2015 - 09:27
[b]“Monako” evində xal itirdi[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Monako” Fransa Liqa 1-də növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, knyazlıq klubu X turun açılış matçında “Lion”u qəbul edib.

 

Qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahibləri Mario Pasaliçin qolu sayəsində hesabı açıblar. Lakin 65-ci dəqiqədə Uollos qırmızı vərəqə alaraq, ev sahiblərini çətin vəziyyətə salıb. Nəticədə 84-cü dəqiqədə Rafaelin qolu sayəsində “Lion” səfərdən 1 xalla (1:1) dönməyi bacarıb.

 

Bu nəticədən sonra aktivindəki xalların sayını 14-ə çatdıran “Monako” turnir cədvəlində X pillədə qərarlaşıb.

 

“Monako”nun baş məşqçisi Leonardo Yardim bu qarşılaşmada aşağıdakı futbolçulara şans verib: Daniel Subaşiç, Uollos, Ceremi Tulalan, Elderson, Fabinyo, İvan Kavalyero (Stefan Əl-Şaravi, 88), Joao Moutinyo, Tomas Lemar, Mario Pasaliç, Bernardo Silva, Lasina Traore (Quido Karilyo, 82)

 

Qeyd edək ki, “Monako” Avropa Liqasının növbəti matçında “Qarabağ”la qarşılaşacaq. Bu görüş oktyabrın 22-də Fransada keçiriləcək.