“Qarabağ”ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, “Anderlext” Belçika kuboku, “Monako” isə Fransa Liqa 1 matçına çıxıb.
“Monako” ölkə çempionatının XVI turunda 2-ci yerdə gedən “Kan”ı qəbul edib. Knyazlıq klubu 56-cı dəqiqədə Quido Karrilyo ilə hesabı açsa da, 86-cı dəqiqədə rəqibin qoluna mane ola bilməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran “Monako” VI pilləyə yüksəlib.
“Qarabağ”ın digər rəqibi “Anderlext” isə Belçika kubokunun 1/8 final mərhələsində “Kortriyk”in qonağı olub. Meydan sahibləri artıq ilk yarım saatda 3 dəfə rəqib qapısına yol tapıblar. İmo Ezekyel 33-cü dəqiqədə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. İkinci hissədə komandalar hərəyə daha bir qol vurublar. “Anderlext”in heyətində Stiven Defur (63-cü dəqiqə) fərqlənib. 2:4 hesablı məğlubiyyət “Anderlext”in mübarizəni dayandırmasına səbəb olub.
Qeyd edək ki, “Anderlext” Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşma dekabrın 10-da baş tutacaq.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı