[b]“Monako”nun baş məşqçisi Əl-Şaravini bəyənmir[/b]
15.10.2015 - 15:48
[b]“Monako”nun baş məşqçisi Əl-Şaravini bəyənmir[/b]

“Əl-Şaravinin Azərbaycana qarşı oyunu xoşuma gəldi. Hətta qol vuraraq, komandasının qələbəsində önəmli rol da oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Monako”nun baş məşqçisi Leonardo Yardim deyib.

 

Gələn həftə doğma arenasında “Qarabağ”ın qəbul edəcək Fransa klubunda Yardimlə hücumçu Stefan Əl-Şaravi arasındakı münasibətlər düşərgədəki ab-havanı pozur. Fransalı həmkarlarımızın yazdığına görə, baş məşqçi ilə italiyalı forvard arasında münasibətlər ürəkaçan deyil və Yardim futbolçunu komandasında görmək istəmir.

 

Mətbuata açıqlaması zamanı jurnalistlərdən birinin “Əl-Şaravi komandanın lideri ola bilərmi” sualına Yardim sərt münasibət bildirib: “Lider? Mənim üçün lider çox ağır məna ifadə edir. Əgər Moutinyo və ya Tulalandan danışsaydıq, bəli, onlar liderdilər. Əl-Şaravi isə gənc futbolçudu, üzərində hələ çox işləməlidi. Son iki ildə müntəzəm oynamadığı üçün formadan uzaqdı. Nəzərə alın ki, “Monako”ya zədəli halda gəlmişdi. Belə vəziyyətdə ondan parlaq çıxış gözləmək yersiz olar. Düzdü, AVRO-2016-nın seçmə mərhələ matçında İtaliyanın Azərbaycan üzərində (3:1) qələbəsində onun da rolu oldu. Ancaq bu, yaxşı formada olduğunu göstərmir”.

 

Qeyd edək ki, yayda “Milan”dan “Monako”ya icarəyə verilən Stefan Əl-Şaravi bu mövsüm 13 oyun keçirib, 2 qola imza atıb.

0