[b]“Müdafiə olunmaqdan başqa yol yox idi”[/b]
10.07.2015 - 16:18
[b]“Müdafiə olunmaqdan başqa yol yox idi”[/b]

“Sonadək mərhələ keçəcəyimizə inanırdıq. Bunu da gerçəkləşdirdik”. Bu sözləri Monteneqronun “Mladost” klubunun baş məşqçisi Nikola Peko Rakoyeviç deyib.

 

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi”yə qarşı keçirilən cavab oyunu haqda fikirlərini açıqlayıb: “İlk oyundan sonra “Neftçi” haqda tam məlumata malik idik. Bilirdik də ki, onlar oyun planında daha da artırmağa qadirdi. Əla komandaya qarşı oynayırdıq.

Lakin öz meydanımızda istədiyimiz nəticəyə nail olmaq üçün əlimizdən gələni etdik. Çoxları elə bilir ki, biz ilk oyunun nəticəsini qorumaq istəyirdik. Amma topla belə gözəl rəftar edən komandaya qarşı başqa cür oynaya bilməzdik. Belə rəqib oyununu ortaya qoyursa, müdafiə olunmaqdan başqa yol yoxdu. Ümumi hesabda qalib gəlməyimizdə təcrübə və kollektiv oyun nümayiş etdirməyimizin də rolu az deyil. Hər iki qarşılaşmada hesabda geri düşsək də, bərabərlik qolunu vurmağı bacardıq. Bu, yetirmələrimin xarakter göstərib, sondadək mübarizə aparamsından irəli gəlir”.

 

Qeyd edək ki, “Mladost” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb.