[b]“Neftçi” - yeni rəhbərliklə bütün debütlər [/b]
02.04.2015 - 11:15
[b]“Neftçi” -  yeni rəhbərliklə bütün debütlər [/b]

Yeni idarəçilik sisteminə keçən “Neftçi” Müşahidə Şurasının rəhbərliyi altında ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Çingiz Abdullayevin rəhbərlik etdiyi şura debüt qarşılaşmasında “Bakı” üzərində 2:0 hesablı qələbəyə sevindi.

 

Bundan əvvəl 6 prezidenti olan paytaxt təmsilçisi rəhbərlərindən yalnız ikisinə ilk oyunda qələbə bəxş etmişdi. Rövnəq Abdullayev və Əkbər Hacıyev səfər qarşılaşmalarında iki top fərqi ilə qalib gələn komandasının uğuru ilə postunda debüt etmişdi. Bu dəfəki qələbə isə 3-cü belə start olub.

 

Digər 4 rəhbərdən ikisi eyni – 0:2 hesablı məğlubiyyətə üzülübsə, ikisi də qolsuz heç-heçəyə şahidlik edib. Ümumiyyətlə isə 7 debütdə 4-cü dəfə 2:0 hesabı qeydə alınıb.

 

Maraqlıdı ki, 27 illik prezident idarəçiliyi vaxtında heç bir klub rəhbərinin debütündə meydan sahibləri qalib gəlməmişdi. Həmin 6 görüşdə istər “Neftçi”, istərsə də rəqibi doğma məkanda qələbə sevinci yaşamayıb. Amma Müşahidə Şurası dönəmi meydan sahiblərinə 3 xal qazandırmaqla başlayıb.

 

“Neftçi” rəhbərlərinin debüt oyunları


Prezidentlik dövrü

Aydın İbrahimov 

07.03.1989. “Neftçi” – “Dinamo” (Minsk) – 0:2

SSRİ kuboku, 1/8 final, cavab oyunu
 

Aqil Paşayev
23.06.1997. “Neftçi” – “Vidzev” (Polşa) – 0:2

Çempionlar Liqası, təsnifat mərhələsi

 

Ramiz Mirzəyev
09.08.2001. “Neftçi” – “HİT-Qoritsa” (Sloveniya) – 0:0

UEFA kuboku, təsnifat mərhələsi

 

Rövnəq Abdullayev
13.03.2004. “Qarabağ-Azərsun” – “Neftçi” – 1:3

Azərbaycan çempionatı, güclülər dəstəsi

 

Əkbər Hacıyev
15.03.2008. “İnter” – “Neftçi” – 0:2

Azərbaycan Premyer Liqası

 

Sadıq Sadıqov

26.12.2009. “Simurq” – “Neftçi” – 0:0

Azərbaycan Premyer Liqası

 

Müşahidə Şurası dövrü

Çingiz Abdullayev

01.04.2015. “Neftçi” – “Bakı” – 2:0

Azərbaycan Premyer Liqası