[b]“Neftçi” – “Sumqayıt” oyununun biletləri satışda[/b]
28.10.2017 - 14:58
[b]“Neftçi” – “Sumqayıt” oyununun biletləri satışda[/b]

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, biletlərin qiyməti VİP yerlərə 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edir.

 

Biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündü.

 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı saat 18:00-da başlayacaq.