UEFA klubların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokların I təsnifat mərhələsindən sonra yenilənən cədvəldə qitənin 456 komandası yer alıb.
Son 5 mövsümün nəticəsinə görə hesablanan siyahıya İspaniyanın “Real” klubu başçılıq edir - 142,814 xal. Almaniya “Bavariya”sı 135,092 xalla 2-ci, İspaniyanın digər klubu “Barselona” 3-cü sırada qərarlaşıb - 132,814 xal.
Azərbaycanın 7 klubu da reytinq siyahısında yer alıb. Ən yaxşı nəticəyə malik “Qarabağ” 10,750 xalla 135-cidi. 24 pillə geri qalan “Neftçi”nin hesabında 9,000 xal var.
“İnter” 4,250 xalla 272-ci, “Xəzər Lənkəran” isə 3,750 xalla 291-cidi. Digər üç təmsilçimiz 4-cü “yüzlük”də yer alıb. 335-ci olan “Qəbələ”nin 3,000, 356-cı yerə şərik olan “Bakı” və AZAL-ın 2,500 xalı var.