[b]“Neftçi” “Qarabağ”la oyunda veteranları TOPladı[/b] - [b]FOTOSESSİYA - YENİLƏNİB[/b]
30.03.2017 - 23:00
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” “Qarabağ”ı qəbul edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 80 illik yubiley tədbirləri bu oyunda da davam edib.
Matç başlamadan öncə mərasim təşkil edən “flaqman” veteran oyunçularını dəvət edib. Bütün keçmiş futbolçuları meydanın mərkəzinə çağıran klub onların hər birinə top hədiyyə edib.
Daha sonra veteranlar onlara hədiyyə edilmiş yubiley toplarını azarkeşlərə atıblar.
Mərasim “Natiq ritm qrupu”nun çıxışı ilə davam edib.
Ən sonda isə “Neftçi”nin marşı səslənib və mərasim başa çatıb.
0
0