[b]“Neftçi” “Qaradağ Lökbatan”la bacarmadı[/b]
23.03.2015 - 17:16
[b]“Neftçi” “Qaradağ Lökbatan”la bacarmadı[/b]

“Neftçi” klubu bu gün hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “ağ-qaralar” “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib. “Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib.