Qış fasiləsini Azərbaycanda keçirmək məcburiyyətində qalan klubların iştirakı ilə təşkil olunan turnir start götürüb. Apasport.az saytının məlumatına görə, 5 komandanın qatıldığı yarışın ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Turnirin ilk matçında Topaz Premyer Liqasının iki komandası "Neftçi" ilə AZAL üz-üzə gəlib.
Bu komandaların çempionatın turnir cədvəlində qonşu olmaları matça maraq oyadırdı. Mövsümün hər iki görüşündə uduzan “Neftçi” məğlubiyyətlərin əvəzini bu oyunda çıxıb. Belə ki, 39-cu dəqiqədə Araz Abdullayevin vurduğu qol “ağ-qaralar”a minimalhesablı qələbə qazandırıb.
Qeyd edək ki, bir dövrəli sistemlə keçirilən turnirdə “Neftçi” və AZAL-la yanaşı, I divizion təmsilçiləri "Neftçala", "Şərurspor" və MOİK də mübarizə aparır.
I tur
14 yanvar
“Neftçi” – AZAL 1:0
Qol: Araz Abdullayev, 39
Bayıl stadionu
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi