[b]“Neftçi” baxışa çağırdığı iranlını küçədə saxladı [/b]
17.07.2015 - 13:54
[b]“Neftçi” baxışa çağırdığı iranlını küçədə saxladı [/b]

Avropa Liqasının elə ilk mərhələsindəcə mübarizəni dayandıran “Neftçi”də vəziyyət günü-gündən pisləşir. Apasport.az-ın sportal.az saytına istinadən xəbərinə görə, qeyri-peşəkar idarəçilərin əlinə keçən paytaxt təmsilçisi hər dəfə xoş olmayan xəbərlərlə gündəmi zəbt eləyir. Bu dəfə də, əldə etdiyimiz xəbər ürək açan deyil.

 

Belə ki, “Neftçi” İranın “Persopolis” klubunun futbolçusu Mobi Doraxini baxışa çağırıb. İranın U-19 millisinin üzvünə klubun icraçı-direktoru Elnur Məmmədovun imzası ilə rəsmi dəvətnamə də göndərilib. İran səfirliyinə göndərilən həmin müraciətin fotosu xəbərin altında yerləşdirilib.

 

Lakin futbolçu Bakıya gəlsə də, “Neftçi” rəhbərliyi onunla maraqlanmayıb. İranlı futbolçu nə qədər cəhd eləsə də, onu qəbul etmək istəməyiblər. Və Dorahi qalıb Bakının küçələrində. Belə hallar “Neftçi”nin indiki rəhbərliyi üçün yeni deyil. Diletantların əlinə keçən ölkənin ən köklü klubu az qala hər dəfə özünü biabırçı duruma salır. Klubun icraçı-direktoru Elnur Məmmədovun futbol idarəçiliyində zəif kadr olduğu hər yeni gün özünü daha bariz şəkildə göstərməkdədi.