“Neftçi” növbəti transferini reallaşdırmağa hazırlaşır. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” baxışa legioner dəvət ediblər.
Braziliyalı futbolçu Jairo Rodriges Filyo dünən axşam saatlarında paytaxtımıza gəlib. Müdafiəçi bu gün “Neftçi”nin səhər məşqində iştirak edib. Məşqçilər heyəti müsbət rəy verəcəyi təqdirdə, paytaxt təmsilçisi Filyo ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA