Milli komandamızın, eləcə də “Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi İqor Ponomaryov Bakıdadı. Apasport.az saytının xəbərinə görə, vaxtilə Rusiya “Maşuk”unu da çalışdırmış olimpiya çempionu yenidən fəaliyyətə başlayır. O, futbolçu kimi qızıl dövrlərini keçirdiyi “Neftçi”yə baş məşqçi təyin olunacaq.
Əldə etdiyimiz məlumata görə, Ponomaryov “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşüb. Tezliklə onun təyinatı haqda xəbər açıqlanmalıdı.
Komanda Arif Əsədovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçərkən baş məşqçinin arxasınca belə işlər görməyin hansı peşəkarlığa sığdığını yalnız “Neftçi” rəhbərliyi bilər. Səbəb komandanın son vaxtlar zəif oyunu olsa da, hamıya bəllidi ki, uğursuzluqlar əsasən heyət yetərsizliyi ilə bağlı idi. Lap əgər rəhbərlik Əsədovun işindən narazı olsa da, onunla bu şəkildə vidalaşmaq ədalətsizlikdi. Elə Ponomaryovun da baş məşqçisi olan komandaya danışığa gəlməsi onun həmkarına “hörmətinin” göstəricisidi.
Mənbə: futbolinfo.az
[b]“Neftçi” çalxalanır: Arif Əsədov gedir, İqor Ponomaryov gəlir [/b]
15.01.2015 - 17:58
0
0