[b]“Neftçi” Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq[/b]
19.01.2015 - 14:08
[b]“Neftçi” Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq[/b]

“Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.