“Neftçi”nin qələbə həsrəti sona çatıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümdə ilk qələbəsini Premyer Liqanın VII turunun “İnter”lə görüşündə qazanıb.
2:0 hesablı səfər qələbəsinə sevinən paytaxt təmsilçisi bununla da 8 oyunluq seriyaya son qoyub. Belə ki, “Neftçi” son 8 matçda yalnız 1 heç-heçə edib, 7 dəfə uduzmuşdu. Düzdü, bu məğlubiyyətlərdən biri “Zirə” ilə matçdakı texniki məğlubiyyət olub.
“Neftçi” sonuncu dəfə 167 gün öncə qalib gəlmişdi. Bakılılar aprelin 15-də AZAL-ı 4:0 hesabı ilə yenmişdi. Həmin vaxt “təyyarəçilər”in baş məşqçisi olan Tərlan Əhmədov bu gün yeni komandasında ilk qələbəsinə sevinib. Bundan sonra ötən mövsüm 2, cari çempionatda isə 6 matçda “Neftçi” 3 xal qazanmamışdı.
“İnter”i rəqib meydanında yenən “ağ-qaralar” həm də səfərdəki qələbə həsrətinə son qoyub. “Neftçi” fevralın 27-də AZAL-ı 1:0 hesabı ilə yendiyi səfər matçından sonra ardıcıl 6 dəfə xala həsrət qalmışdı. 6 ardıcıl məğlubiyyətə son qoyan bakılılar 214 gündən sonra istəyinə çatıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”