[b]“Neftçi” hücumçuları gözləyir[/b]
05.01.2018 - 12:20
[b]“Neftçi” hücumçuları gözləyir[/b]

“Neftçi”nin hücumçuları Uqo Barqas və Daniel Seqovianın bu gün Azərbaycana dönməsi gözlənilir. Bu barədə apasport.az saytına paytaxt klubunun baş meneceri Eldəniz Yusifov məlumat verib.

 

O bildirib ki, adıçəkilən oyunçularla danışıq aparmaq üçün onların gəlişini gözləyirlər. “Ağ-qaralar” Seqovianı transferə çıxarıblarsa, Barqas özü ayrılmaq niyyətindədi. Çünki fransalı forvard Boliviyanın “Bluminq” klubu ilə razılıq əldə edib. Yusifov hər iki oyunçu ilə bu gün son dəfə görüş keçiriləcəyini və onların məsələsinə aydınlıq gətiriləcəyini vurğulayıb.

 

Bakılıların ikinci yarıdan xidmətində maraqlı olmadığı müdafiəçi Mateo Mujek isə hazırda ölkəsi Xorvatiyada klub axtarışındadı. Həm Mujek, həm Barqas, həm də Seqoviya ilə müqaviləyə yaxın günlərdə xitam verilməsi gözlənilir.