[b]“Neftçi” hücumçusu ilə vidalaşdı[/b]
29.01.2018 - 17:40
[b]“Neftçi” hücumçusu ilə vidalaşdı[/b]

“Neftçi”də Daniel Seqoviya problemi həll olunub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ispaniyalı forvardla yollarını rəsmən ayırıb.

 

Baş məşqçi Tərlan Əhmədovun gələcək planına daxil olmadığı üçün qış fasiləsi yaranan kimi transferə çıxarılan Seqoviyaya özünə yeni komanda tapmaq tapşırığı verilmişdi. Hətta çalışdırıcı onu əsas komandadan uzaqlaşdırmışdı. Yeganə problem isə 33 yaşlı oyunçunun müqavilə müddətinin davam etməsi idi.

 

“Ağ-qaralar”, nəhayət ki, onunla danışıqları müsbət nəticələndirib və Seqoviyanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, “Neftçi”yə ötən ilin qış fasiləsində Avstriyanın "Sankt-Pyolten" klubundan keçən Daniel Seqoviya paytaxt təmsilçisinin heyətində 19 oyunda 7 qol vurub.