[b]“Neftçi” ikinci “yüzlüy”ü yarıladı[/b]
29.11.2017 - 10:04
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Zaqatala” ilə görüşü “Neftçi” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi kubokda 150-ci matçını keçirib.
Bu qarşılaşmada 5:0 hesablı qələbə qazanan “ağ-qaralar” 86-cı dəfə meydanı sevinclə tərk edib. Hesabında 33 heç-heçə olan bakılılar 31 dəfə məğlub olub.
Ölkə kubokunda keçirdiyi 150 matçda 241 qol vuran “Neftçi” 96 top buraxıb.
Qeyd edək ki, “ağ-qaralar” Azərbaycan kubokunda ən çox oyun keçirən komandadı. “Neftçi” kubok yarışlarının yeganə daimi iştirakçısıdı.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
0
0