[b]“Neftçi” ikinci transferini rəsmiləşdirdi[/b]
06.01.2015 - 15:18
“Neftçi” qış fasiləsində ikinci transferini rəsmiləşdirib. Apasport.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Aqil Məmmədovun ardınca Rauf Əliyevi də sıralarına qatıblar.
Bir neçə gün davam edən danışıqlardan sonra 25 yaşlı hücumçu “Neftçi” ilə müqaviləyə qol çəkib. Razılaşmaya əsasən, Əliyev 2016-cı ilin yayına qədər paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, Azərbaycan yığmasının da şərəfini qoruyan Raufun sonuncu klubu “Xəzər Lənkəran” olub.
0
0