“Neftçi” klubunda məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi klubun Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla müqaviləyə xitam verib.
Ötən ilin iyunundan “ağ-qaralar”ın yeniyetmə qapıçıları ilə işləyən çalışdırıcının klubdan kənarlaşdırılmasına məşqçinin mərc oyunlarında iştirakı səbəb olub. Müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqqında bənd yer alsa da, Məhəmmədov buna riayət etməyib.
Bu üzdən də məşqçinin oyunlara pul qoyuluşu etməsi ilə bağlı fakt təsdiqini tapan kimi onunla yollar ayrılıb. Bununla əlaqədar olaraq Hüseyn Məhəmmədov kluba çağırılıb və vəzifəsindən kənarlaşdırıldığı haqda məlumatlandırılıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb