[b]“Neftçi” Ramossuz qaldı[/b]
08.05.2016 - 18:01
[b]“Neftçi” Ramossuz qaldı[/b]

Topaz Premyer Liqasının XXXIV turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq “Neftçi” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Gəncə səfərində Erik Ramosun xidmətindən istifadə edə bilməyəcək.

 

Buna səbəb paraqvaylı yarımmüdafiəçinin sarı vərəqə limitini doldurmasıdı.

 

Bu mövsüm “Neftçi”nin əvəzedilməz oyunçularından olan Ramos ötən turun AZAL-la oyununda (3:1) 12-ci sarı vərəqəsini görüb.

 

Qeyd edək ki, geridə qalan 33 həftədə komandası ilə 31 oyuna çıxan paraqvaylı 1 dəfə də fərqlənməyə imkan tapıb. Bu, onun 3-cü analoji cəzasıdı.

0