Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, iki görüşdən sonra Azərbaycan kubokunun finalçıları müəyyənləşib.
Günün ilk qarşılaşması Zaqatalada oynanılıb. Son 8 gündə artıq ikinci dəfə üz-üzə gələn “Simurq”la “Qarabağ” cari mövsümdə 6-cı, sonuncu dəfə qarşılaşdı. Bu oyunun əhəmiyyəti “Simurq” üçün daha böyük idi. Çünki Premyer Liqada ilk “dördlük”dən xeyli geri qalan George Çixradzenin komandasının Avrokuboka yollanmaq üçün yeganə ümid yeri məhz kubok hesab olunurdu. Lakin qolsuz bərabərlik "Simurq"un işinə yaramadı. Əvəzində "Qarabağ" kubokun həlledici qarşılaşmasına vəsiqə qazandı. İndi "Simurq"un Avrokubok şanslarını yalnız möcüzəyə qalıb. Tərəflər arasında ilk görüş 1:0 hesablı qələbə ilə ağdamlıların xeyrinə yekunlaşmışdı.
Digər finalçı isə paytaxt derbisində müəyyənləşib. Topaz Premyer Liqasında ilk “üçlük” uğrunda mübarizə aparan “Neftçi” və “İnter” mövsümü heç olmasa kuboku qazanaraq qapamaq istəyində idi. "Flaqman" cavab oyununda məğlubiyyətə uğrasa da, finala yüksələ bilib. Buna isə səbəb ilk qarşılaşmada "Neftçi"nin iki cavabsız qolla rəqibini üstələməsi olub. Bununla da, “ağ-qaralar” üstünlüyünü qoruyaraq, ölkə kubokunda ardıcıl 4-cü dəfə finala yüksələn ilk komanda kimi tarixə düşüb və öz rekordunu yeniləyib.
Beləliklə, "Qarabağ" və "Neftçi" Azərbaycan kubokunun qalibini müəyyənləşdirəcək.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunları
21 aprel (çərşənbə axşamı)
“Simurq” – “Qarabağ” 0:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
Zaqatala şəhər stadionu
İlk oyun – 0:1
“Simurq”: 1. Pavel Kapsa, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 14. Vüqar Mustafayev, 18. Tural Axundov (k), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banas, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 15. Stepan Polyak, 22. Cihan Özkara
Baş məşqçi: George Çixradze
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov
“İnter” – “Neftçi” 2:1
Qollar: Arif Daşdəmirov, 37; Baçana Sxadadze, 56 - Nikolas Kanales, 27
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
“İnter Arena”
İlk oyun – 0:2
“İnter”: 96. Elşən Poladov (k), 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 3. Laşa Salukvadze, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken
Baş məşqçi: Kaxaber Sxadadze
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 28. Emin Mehdiyev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 21. Samir Məsimov, 90. Ernest Nfor, 95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov