[b]“Neftçi” sindromu qırdı[/b]
25.07.2014 - 12:59
[b]“Neftçi” sindromu qırdı[/b]

Avropa Liqasının II təsnifat mərhələsində səfərdə Sloveniya təmsilçisi “Koper”lə qarşılaşan “Neftçi” sindromu qırıb. Apasport.az saytının məlumatına görə, doğma meydanda rəqibinə 1:2 hesabı ilə uduzan “ağ-qaralar” səfərdə sloveniyalıların qapısından 2 cavabsız top keçirməklə mərhələ adlayıb.

 

Bununla da klublarımızın Sloveniya təmsilçilərinə qarşı olan uğursuzluq sindromu qırılıb.

 

Belə ki, indiyədək heç bir klubumuz bu ölkə klublarını keçə bilməmişdi. “Neftçi”yədək 4 dəfə bu çətin sədd qarşısında “ağ bayraq” qaldırılıb.

 

Paytaxt təmsilçisinin özü də 2 dəfə sloveniyalıların gücünə şahid olub. Bu 4 dueli əhatə edən 8 oyunda Azərbaycan klubları 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə uduzub. Futbolçularımızın 2 qoluna sloveniyalılar 13 dəfə cavab verib.

 

2000/01, UEFA kuboku

“Neftçi” – “HİT-Qoritsa” – 1:0, 1:3

2001/02, UEFA kuboku

“Neftçi” – “HİT-Qoritsa” – 0:0, 0:1

“Olimpiya” – “Şəfa” – 4:0, 3:0

2012/13, Avropa Liqası

“Bakı” – “Mura” – 0:0, 0:2

2013/14, Avropa Liqası

“Neftçi” – “koper” – 1:2, 2:0