Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov fevralın 17-də 50 yaşını tamamlayacaq. Apasport.az saytının məlumatına görə, bu münasibətlə “Neftçi” və Rusiyanın “Alaniya” klubunun veteranları arası yubiley oyunu keçiriləcək.
Bu barədə apasport.az-a Süleymanovun özü məlumat verib. Redaksiyamızın qonağı olan sabiq “10 nömrə” şou xarakterli matçın növbəti aylarda baş tutacağını bildirib: “Ad günüm fevralda olsa da, yoldaşlıq görüşünün sonrakı aylarda keçirilməsinin tərəfdarıyam. Veteranlar arasındakı görüş çox güman ki, aprel-may aylarında baş tutacaq. “Alaniya”nın keçmiş oyunçularını Bakıya dəvət etmişəm”.