[b]“Neftçi” və “İnter”in say üstünlüyü[/b]
02.04.2014 - 11:37
[b]“Neftçi” və “İnter”in say üstünlüyü[/b]

Topaz Premyer Liqasında XXVIII turun rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən, ötən turun ən yaxşı “11-liy”ində hamıdan çox “İnter” və “Neftçi”nin üzvləri yer alıb.

 

“Xəzər Lənkəran”la “Böyük oyun”dakı qələbə “ağ-qaralar”ın 4 üzvünü rəmzi yığmaya düşməsinə səbəb olub. “İnter”in “Rəvan”ı udması da “bankirlər”in 4 oyunçusunu “11-liy”ə daxil edib. Lakin turun ən yaxşı oyunçusu “Qarabağ”dan seçilib. “Qəbələ” ilə görüşün taleyini dublla həll edən Reynaldo Silva hamıdan üstün olub.

 

Qapıçı – Səlahət Ağayev (İnter)

 

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Laşa Salukvadze (İnter), Mahir Şükürov (Neftçi)

 

Yarımmüdafiəçilər – Flavio Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Asif Məmmədov (İnter), Namiq Ələsgərov (Bakı)

 

Hücumçular – Reynaldo Silva (Qarabağ), Aleksandr İaşvili (İnter)