[b]“Neftçi” Vobaysız qaldı[/b]
02.12.2014 - 17:01
[b]“Neftçi” Vobaysız qaldı[/b]

Azərbaycan Kubokunun 1/8 final mərhələsində sabah “Qaradağ Lökbatan”la qarşılaşacaq “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Julius Vobayın zədəsi tam sağalmayıb.

 

Bu gündən etibarən fərdi məşqlərə başlayan Vobayın “Qaradağ Lökbatan”la sabahkı görüşü buraxacağı dəqiqdi. Lakin 30 yaşlı oyunçunun nə zaman kollektivə qoşulacağı və bilinmir.

 

Qeyd edək ki, Julius Vobay Premyer Liqanın XIV turunda “Qəbələ” ilə oyunun 20-ci dəqiqəsində zədələnərək Flavinyo ilə əvəzlənmişdi.