“Neftçi” iki itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi növbəti çempionat matçında paraqvaylı Erik Ramos və braziliyalı Kralos Kardosonun xidmətindən yararlana bilməyəcək.
Buna XXV turun “İnter”lə görüşündə (0:2) alınan vərəqələrdən sonra cənubi amerikalıların cəzalı duruma düşməsi səbəb olub. Kardoso mövsümdə 8-ci dəfə sarı vərəqə aldığından komandasına kömək etməyəcək. Maraqlıdı ki, Karlos ötən çempionatda da 8 sarı vərəqə ilə “fərqlənmişdi”.
Ramos 8-ə çatsa da, ötən mövsümün nəticəsindən çox uzaqdı. Legioner həmin vaxt 12 xəbərdarlıq edilmişdi.
Qeyd edək ki, “Neftçi” XXVI turu buraxdığından legionerlər XVII turun “Bakı” ilə görüşündə meydana çıxa bilməyəcək.