“Neftçi” rəhbərliyi bu gün klubdaxili iclas keçirib. Bu haqda apasport.az saytına paytaxt təmsilçisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Toplantıda klubun strategiyası müəyyənləşdirilib. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun saytımıza “klubda gəncləşdirmə siyasəti aparacağıq” sözü rəsmən təsdiqlənib. Belə ki, komanda növbəti mövsüm daha çox gənc yerli futbolçulara üstünlük veriləcək.
O cümlədən “Neftçi”nin fiziki hazırlıq üzrə ispaniyalı məşqçisi Ruben Selyes və qapıçılarla iş üzrə serbiyalı çalışdırıcısı Neboyşa Manoyloviç klubu tərk etdiyindən, onların yerinə məşqçi axtarılması toplantıda çıxarılan qərarlardan biri olub.