[b]“Neftçi”də yeni müqavilə - FOTO[/b]
01.11.2017 - 15:03
[b]“Neftçi”də yeni müqavilə - FOTO[/b]

"Neftçi” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Rəhman Hacıyev "ağ-qaralar"da çıxışını davam etdirəcək.

 

Belə ki, 24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2018-ci ilin yanvarında başa çatacaqdı. Bu gün onunla 2018/2019 mövsümünün sonunadək anlaşma imzalanıb.


Qeyd edək ki, Hacıyev 2015-ci ildən "Neftçi”də çıxış edir.

 

0