PFL-in heç-heçələrin çoxluğunun qarşısını almaq məqsədilə Klublar Komitəsi ilə müzakirə edəcəyi bərabərlik limiti Topaz Premyer Liqasında çıxış edən komandalardan daha çox “Neftçi”yə tanışdı. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” bu limitin qüvvədə olduğunun şahidi olublar.
SSRİ çempionatının güclülər dəstəsində limitin tətbiq olunduğu 1978-88-ci illərdə Azərbaycanın buradakı yeganə təmsilçisi paytaxt klubu olub. “Neftçi” 11 mövsüm ərzində 5 dəfə belə halla üzləşib.
Ümumilikdə məhz 5 xalı silinən bakılılar 3 müxtəlif mövsümdə “ilişib”. 1981-ci ildə 34 oyunun 12-də heç-heçəyə nail olan təmsilçimiz son iki “sülh”ün qarşılığında heç nə almayıb. 4 il sonra 34 matçda 11 bərabərliyi olan bakılılar daha bir xalının hesaba alınmamasına üzülüb. 1986-cı ildə oyun sayı 30-a endirilsə də, komanda 12 dəfə sülhə imza atıb. Bunların da ikisində “Neftçi”nin qazanmalı olduğu xal silinib və hesaba alınmayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”