[b]“Neftçi”dən gedənlərin sayı artır[/b]
05.06.2015 - 17:07
[b]“Neftçi”dən gedənlərin sayı artır[/b]

İki gün öncə baş məşqçi Arif Əsədovu istefaya göndərən “Neftçi” daha bir nəfərlə yolları ayırıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” uzun müddətdi komandanın həkimi kimi çalışan Tofiq Qasımovla vidalaşıblar.

 

Onun yerinə “Neftçi”nin icraçı-direktoru Elnur Məmmədovun müavini Mübariz Xudiyevin yaxın adamı gətirilib.

 

Əvvəllər “Şəfa” komandasında da çalışan Qasımov bundan sonra fəaliyyətini yalnız millidə davam etdirəcək.

 

Qeyd edək ki, “Neftçi” az öncə futbolçulardan – Rauf Əliyev və Mirhüseyn Seyidovla yollarını ayırmışdı. Ardından isə baş məşqçi Arif Əsədov və serbiyalı qapıçı Saşa Stamenkoviç də paytaxt klubundan uzaqlaşdırılıb.