[b]“Neftçi”dən ilk transfer: Balayevə əvəzləyici tapıldı[/b]
13.12.2014 - 13:22
[b]“Neftçi”dən ilk transfer: Balayevə əvəzləyici tapıldı[/b]

Topaz Premyer Liqasında çempionluğa iddialı olan “Neftçi” klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “flaqman” qapı xəttini gücləndirib.

 

Emil Balayevin “Ayntraxt”a keçmək ehtimalının olduğunu nəzərə alan “ağ-qaralar” Aqil Məmmədovla razılaşıblar. “Bakı” ilə yollarını ayıran gənc qolkiper yeni klubu ilə 2016-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.