Bu gün AFFA-nın İntizam Komitəsi tərəfindən 1000 manat cərimə olunan “Neftçi” bir qarşılaşmada 4 və daha çox arı vərəqə almaqda rekordçudu. Apasport.az saytının məlumatına görə, arxada qalan 20 turun 8-də bakılılar vərəqə limitini aşdığı üçün 1000 manatından keçib.
“Ağ-qaralar” V, VI, VII, VIII, XIII, XIV, XVII və XIX turlarda belə cəriməyə məruz qalıb. Buna görə 8000 manat ziyana düşən bakılılar digər klubları xeyli geridə qoyur. Belə ki, “Neftçi”nin ən yazın izləyicilərindən “Simurq” 6, “Qəbələ” 5 dəfə “minlik” cəza alıb.
Ən az belə cərimə alan isə “İnter”lə “Xəzər Lənkəran”dı. Onların hərəsi yalnız 1 qarşılaşmada 4 və daha çox sarı vərəqə alan komandaya tətbiq olunan cəriməyə üzülüb.