[b]“Neftçi”nin futbolçusu üçün mövsüm bitdi[/b]
02.04.2015 - 12:37
[b]“Neftçi”nin futbolçusu üçün mövsüm bitdi[/b]

“Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin zədəsi ciddidi. Apasport.az saytının məlumatına görə, gənclər millimizin heyətində “Qarabağ”la yoxlama görüşündə dizindən xəsarət alan futbolçu üçün mövsüm erkən bitib.

 

Türkiyəyə gedən 21 yaşlı oyunçunun tibbi müayinə zamanı diz bağlarında qopma aşkarlanıb. Lakin İsayev bu günlərdə daha bir müayinə üçün Almaniyaya gedəcək. Orda futbolçunun diz bağlarının qopduğu aşkarlansa, o, əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Əks təqdirdə, sağ cinah oyunçusu 2 aydan sonra məşqlərə başlaya biləcək. İstənilən halda Məqsəd üçün cari mövsüm artıq başa çatıb.

 

Qeyd edək ki, Məqsəd İsayev yığmanın heyətində zədələndiyindən, onun müalicə və ya zədəsi ciddi olarsa əməliyyat xərclərini AFFA qarşılayacaq.

 

Rəvan ƏKBƏR