[b]“Neftçi”nin hazırlıq planına aydınlıq gəldi[/b]
27.05.2014 - 17:29
[b]“Neftçi”nin hazırlıq planına aydınlıq gəldi[/b]

Ölkəmizi Avroliqada təmsil edəcək “Neftçi”nin hazırlıq planı müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, ölkə kubokunun qalibi hazırlıqlara Türkiyədə start verəcək.

Belə ki, komanda iyunun 12-dən 28-dək Boluda hazırlıq keçəcək. Burda 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Neftçi” bundan sonra Bakıya qayıdacaq.

İyulun 1-dən isə “ağ-qaralar”ın təlim-məşq toplanışının II mərhələsinə start veriləcək. Komanda iyulun 12-dək Avstriyada məşq keçəcək. Mərkəzi Avropa ölkəsindəki toplanış müddətində yoxlama oyunlarının dəqiq sayı müəyyənləşməsə də, təxminən 10 gün ərzində 4 matçın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Neftçi” Avroliqada ilk oyununu iyulun 17-də keçirəcək. Əgər püşkə əsasən ilk matç Qərbi Avropa ölkələrindən birində baş tutmalı olsa, Bakı təmsilçisi ora Avstriyada bir az da hazırlıq keçib yollana bilər.