[b]“Neftçi”nin məşqçisi 10 oyunluq cəzalandı[/b]
24.12.2014 - 16:37
[b]“Neftçi”nin məşqçisi 10 oyunluq cəzalandı[/b]

U-17 Liqasında qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçiləri “Neftçi” və “İnter” arasında qarşılaşmasından sonra stadionda xoşagəlməz hadisələr yaşanıb.

 

“İnter” futbolçusu Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərib. İki komandanın məşqçiləri arasında da çaxnaşma düşüb. Belə ki, “İnter”in baş məşqçisi Arif Əmirxanovla “Neftçi”nin seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov dalaşıblar. Bir-birinə fiziki təsir göstərən çalışdırıcılar və futbolçunun hərəkətlərinə AFFA-nın İntizam Komitəsi qiymət verib.

 

Qurum onların üçünü də 10 oyunluq cəzalandırıb. Quliyevin oynamasına, Əmirxanovla Şıxlarovun texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulub.

 

Qeyd edək ki, Şıxlarov uzun illər şərəfini qoruduğu “Neftçi”dəki çıxışları ilə tanınır.