[b]“Neftçi”nin Mpenza ilə bağlı ilk dinlənməsinin tarixi açıqlandı[/b]
15.10.2015 - 08:37
[b]“Neftçi”nin Mpenza ilə bağlı ilk dinlənməsinin tarixi açıqlandı[/b]

“Neftçi”nin sabiq futbolçusu Emil Mpenza ilə bağlı məhkəmə işi davam edir. Apasport.az saytının məlumatına görə, oktyabrın 22-də bununla bağlı Beynəlxalq Arbitraj Məhkəməsində (CAS) ilk dinlənmə olacaq.

 

Bununla bağlı saytımıza açıqlama verən klubun icraçı direktoru Elnur Məmmədov CAS-da onların xeyrinə qərar veriləcəyinə inandığını söyləyib: “FİFA yanvar ayında bu məsələdə Mpenzanın lehinə qərar verdikdən sonra sənədləri CAS-a təqdim etmişdik. Mpenzanın vəkili tərəfindən də yenidən cavablar verilib. Daha sonra bütün zəif və güclü tərəflərimizi araşdırdıq. Bu işlə məşğul olan ispaniyalı vəkilimiz Jozef Vandellas Müşahidə Şurasına prosesin gedişatı ilə bağlı məlumat verdi. Bu ayın 22-də İsveçrənin Lozanna şəhərində ilk dinlənməmiz olacaq. Bu, bizim üçün vacib məsələdi. Çox istəyirik qalib gələk, hər hansı bir sanksiyaya məruz qalmayaq. İstənilən sanksiya kluba gələcəkdə maneələr yarada bilər”.

 

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”də çıxış edib.

0