[b]“Neftçi”nin oyunu canlı yayımda[/b]
08.07.2015 - 20:07
UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında səfərdə “Mladost”un qonağı olacaq “Neftçi”nin oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, klub ilə Monteneqro televiziyası arasında gedən danışıqlar müsbət nəticələnib.
Azarkeşlərin oyuna olan marağını nəzərə alan “ağ-qaralar” yayım hüquqlarını əldə edib. Artıq “İdman Azərbaycan” telekanalı bu oyun üçün proqramda vaxt ayırıb.
Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə sabah saat 23:30-dan etibarən bu kanal vasitəsilə canlı yayımlanacaq.
0
0