[b]“Neftçi”nin sabiq baş məşqçisi oğurluq ittihamına cavab verdi[/b]
03.12.2014 - 16:27
[b]“Neftçi”nin sabiq baş məşqçisi oğurluq ittihamına cavab verdi[/b]

2007/08 mövsümündə “Neftçi”nin baş məşqçisi olmuş Vlastimil Petrjela keçmiş yetirməsi Andrey Arşavinə cavab verib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu çexiyalı çalışdırıcı ilə bağlı verdiyi müsahibədə onu “transfer oğurluğunda” ittiham edib.

 

Daha dəqiq desək, o, Petrjelanın gəlişindən sonra “Zenit”də çexiyalı futbolçuların çoxaldığını və məşqçinin bu yolla pul mənimsədiyini qeyd edib. 61 yaşlı məşqçinin buna cavabı isə belə olub: “Andrey pis oğlan deyil, amma həmişə çox danışıb. Əgər məni oğru adlandırırsa, gərək cavabını verim. Transferlərdən agentlər qazanıb, mən isə 1 qəpik də qazanmamışam. Mənə belə qazanc lazım deyil. Əgər Arşavin belə deyirsə, deməli, axmaq insandı. Hamı ağzına gələni danışa bilər. İndi mən də durub yalandan deyim ki, Arşavin məşqlərdə var gücü ilə çalışmırdı? Demərəm axı. Çünki Arşavindən həmişə razı qalmışam”.