Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 8:0 hesabı ilə qalib gələn “Neftçi” rekord vurub. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda əldə olunan qələbə “ağ-qaralar”ın tarixinə düşüb.
Belə ki, bakılılar 1992-ci ildən keçirilən Azərbaycan kubokunda indiyədək belə böyük hesablı qələbə qazanmamışdı. 23 illik tarixə malik yarışda heç vaxt 8 və daha böyük fərqlə qalib gəlməyən “Neftçi” ən böyük hesablı qələbəsini bayram edib.
“Ağ-qaralar” bunadək müxtəlif yarışlarda daha fərqli qələbələr qazansa da, kubokda belə uğura Əsgər Abdullayevlə imza atıb. Yeni klubundakı ilk kubok matçında rekorda imza atan 55 yaşlı mütəxəssis yarışın tarixində digər rekordlara da malikdi.
Belə ki, 23 illik Azərbaycan kuboku tarixinin ən böyük hesabı da Abdullayevin komandası ilə bağlıdı. O, iki dəfə təsadüf olunan 14:0 hesablarından sonuncusunun memarı olub. 2003-cü ildə Abdullayevin rəhbərlik etdiyi “Şəfa” “Lider Qarabağ”ı 14:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, “Neftçi” bunadək ölkə kubokunda ən yaxşı halda 7:0 hesabı ilə qalib gəlmişdi. Bu, 2007/08 mövsümünün 1/16 final mərhələsinin “Şahdağ”la (Qusar) görüşünə təsadüf etmişdi.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı