PSJ-nin hücumçusu Kilian Mbappe maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, komanda yoldaşları Neymar və Edinson Kavani haqda danışıb.
Paris klubunun heyətinə yayda cəlb olunan Mbappe hər iki futbolçunu tərifləyib: “Neymar mənə böyük qardaş kimidi. Bu cür futbolçu ilə eyni komandada oynamaq əladı. Hamımız xoşbəxtik ki, Neymar PSJ-də çıxış edir. Onun burda özünü yaxşı hiss etdiyinə inanıram. Kavani? O, Neymar və mənim üçün ideal komanda yoldaşıdı. Kavani boş mövqeyə yaxşı açılır, daim hərəkətdədi, üstəlik əla zərbələri var. Edinson dünyanın ən güclü hücumçularından biridi”.
Qeyd edək ki, Kilian Mbappe PSJ-nin heyətində 9 oyunda 4 qola imza atıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi