“Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan U-17 millisinin baş məşqçisi Təbriz Həsənov deyib.
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş futbol turnirinin ilk turu çərçivəsində Latviya U-19 yığması ilə qarşılaşmış 17 yaşlı futbolçularımız matçdan bərabərliklə ayrılıblar.
Qarşılaşma bitdikdən sonra millinin çalışdırıcısı oyun haqqında fikirlərini açıqlayıb: “Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.