[b]“O, “Qəbələ”də etimadı doğrultmalıdı”[/b]
06.01.2015 - 15:01
[b]“O, “Qəbələ”də etimadı doğrultmalıdı”[/b]

“Qəbələ” ilə Aleksey Qay arasında müqavilənin şərtlərini açıqlaya bilmərəm. Yalnız bir şeyi deyə bilərəm ki, anlaşma ilyarımlıqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol agenti Vadim Şabliy deyib.

 

Ukrayna millisinin sabiq futbolçusu Aleksey Qayı təmsil edən menecer yarımmüdafiəçinin “Qəbələ”yə keçidi haqda danışıb. Bu ölkədən olan həmkarlarımıza açıqlama verən Şabliy danışıqların asanlıqla yekunlaşdığını qeyd edib: “Bütün məsələlərdə tez razılaşdıq. Hər halda Alekseyin dəvət olunmasının təşəbbüskarı Roman Qriqorçuk olub.  O da ki, “Çernomorets”də rəhbərliyi altın çıxış etdiyi vaxtdan futbolçunun imkanlarına yaxşı bələddir.  “Qəbələ”dəki menecment isə peşəkar və yüksək səviyyədə çalışır. Bir tərəfdən klubda Alekseyin ustalıq və təcrübəsinə ümid edirlər. Digər tərəfdən isə biz də bunu çpz gözəl başa düşürük ki, təkcə Qriqorçukun etimadı deyil, həm də böyük məsuliyyətdir. Bu məsuliyyət də etimadı doğrultmağa borclu olan Qayın çiyinlərinə düşür”.

 

Qeyd edək ki, karyerası boyu Ukrayna klublarında çıxış edən Qay ilk dəfə legioner həyatı yaşayacaq.