[b]“O, “Xəzər Lənkəran”da oynayacaq”[/b]
08.07.2014 - 16:46
[b]“O, “Xəzər Lənkəran”da oynayacaq”[/b]

“Xəzər Lənkəran” “Şanlıurfaspor”dan daha bir futbolçu transfer etmək istəyir. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar”ın türkiyəli baş məşqçisi Oğuz Çətin ötən mövsümü PTT I liqa təmsilçinin  heyətində keçirmiş 24 yaşlı müdafiəçi Kaan Timurçin Konuku heyətə qatmaq fikrindədi.

 

Bu barədə türkiyəli futbolçunun meneceri Tamer Özçam yerli mətbuata açıqlamasında məlumat verib: “Dünən “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin mənə zəng edərək, Kaan Timurçin Konuku komandasında görmək istədiyini bildirdi. Yaxın günlərdə bu transfer reallaşa bilər. Digər təkliflər olsa da, öncə Azərbaycan klubundan gələn təklifi dəyərləndirəcəyik. Mən futbolçunun Oğuz Çətinlə birlikdə çalışmasını istəyirəm. Böyük ehtimalla o, “Xəzər Lənkəran”da oynayacaq. Hər iki tərəf üçün xeyirli olsun”.