“Xəzər Lənkəran”la qarşılaşmada önümüzdə çox yaxşı hazırlıqlı komanda gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Universtatya” klubunun futbolçusu Pablo Brandan deyib.
Krayova təmsilçisinin kapitanı olan argentinalı yarımmüdafiəçi “Xəzər Lənkəran”la Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Brandan 3:0 hesablı qələbədən razı qalıb: “Onların həddən artıq fəallıq göstərib, aqressiv oyuna üstünlük verməsi bizi təəccübləndirdi. Amma yaxşı ki, bizim komanda bunun qarşılığında layiqli mübarizə aparıb, qalib gələ bildi. Yoxlama oyunu olsa da, nəticə də yaxşı oldu”.